Mixael Şumaxerin bolidi hərraca çıxardılıb
Avtobazar 21 Iyun 2019 10:58 120 dəfə oxunub
Mixael Şumaxerin bolidi hərraca çıxardılıb
1990-cı ilin Ferrari F40 modeli də satılacaq

Əfsanəvi Formula 1 pilotu Mixael Şumaxerin beşinci çempion titulunu qazandığı Ferrari F2002 bolidi hərracda satılacaqdır. Hərrac Kral Yarışlarının bu ilki mövsümün bitməsinə həsr ediləcəkdir. Satışlar 30 noyabr tarixində Əbu-Dabidə keçiriləcəkdir.

Söhbət 219 nömrəli şassiyə malik olan boliddən gedir. Şumaxer bu bolidi 2002-ci ildə bir neçə yarışda, o cümlədən qələbə qazandığı San-Marino, Avstriya və Fransa Qran Prilərində istifadə edib. Lotun başlanğıc qiyməti açıqlanmasa da, satışdan əldə edilən vəsaitin bir hissəsinin Mixael Şumaxer fonduna yönləndiriləcəyi bildirilib. Ferrari F2002 boilidi ilə yanaşı Sebastyan Fettelin avtoqrafı olan 1990-cı ilin Ferrari F40 modeli də satılacaqdır.

Bu bolid Mixael Şumaxerin satışa çıxarılan ilk bolidi deyil. Məsələn, 2017-ci ildə Ferrari Marlboro F2001 bolidi rekord məbləğə - 7 504 000 dollara satılıb. Mixael Şumaxer Formula 1 çempionatında 19 mövsüm keçirib, yeddi dəfə dünya çempionu olub, 91 qələbə qazanıb və 155 dəfə podiuma qalxıb. (Autograph)

  •  
ŞƏRH YAZ
Ad
E-mail
Şərh