General işdən çıxarılmayıb - DİN-dən açıqlama

Gündəm 21 İyun 2019 13:41 Oxunub 894
General işdən çıxarılmayıb - DİN-dən açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DİN mediada yayılan məlumatları yalanladı

Daxili İşlər Nazirliyi polis general-mayoru Elxan Həsənovun təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Avtosfer.az-ın məlumatına görə, Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə APA-ya bildirib ki, bəzi KİV-də Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Elxan Həsənovun təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “Bununla bağlı müvafiq əmrin imzalanması barədə yayılan məlumatlar yalandır. Polis general-mayoru Elxan Həsənov hazırda xidməti vəzifəsini icra edir”.

Qeyd edək ki, bu gün bəzi KİV-də E. Həsənovun təqaüdə göndərilməsi ilə bağlı məlumatlar yayılıb.

Xatırladaq ki, polis general-mayoru Elxan Həsənov daxili işlər orqanlarında peşəkar polis əməkdaşlarından biri hesab olunur. Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2002-ci ildə “İgidliyə görə”, 2018-ci ildə “Vətən uğrunda” medalları ilə təltif edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh