Abşeronu alt-üst edən taksi sürücüsü - 99 HT 663 - VİDEO

Avtosfer TV 21 İyun 2019 15:15 Oxunub 1529
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qaydalarını kobud şəkildə pozaraq sərnişinlərin və digər sürücülərin həyatını təhlükəyə atır

Abşeronda qayda pozan taksi sürücüsü barədə redaksiyamıza şikayət göndərilib. Avtosfer.az-a xəbər verən sürücülər bildirib ki, Xırdalan-Bakı istiqaməti üzrə taksi fəaliyyəti göstərən 99-HT-663 qeydiyyat nişanlı avtomobilin sürücüsü, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sərnişinlərin və digər sürücülərin həyatını təhlükəyə atır.
İyunun 19-da Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində hərəkət edən həmin 99-HT-663 qeydiyyat nişanlı taksi avtomobilinin sürücüsü tam olaraq əks istiqamətə çıxıb axına qarşı hərəkət edib. Sürücü həmin vaxtı qarşıdan gələn avtomobillərə təhlükə də yaradıb.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh