Şəkidə kombayn yanıb

Gündəm 21 İyun 2019 19:57 Oxunub 671
Şəkidə kombayn yanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şəkidə taxılbiçən kombayn yanıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu gün günorta saatlarında rayonun  Öryət kənd inzibati ərazisində, taxıl sahəsində “Aqrolizinq” ASC-yə məxsus, Rəfi Zülfüqar oğlu Məmmədovun idarə etdiyi taxılbiçən kombaynda yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində kombaynın  mühərriki və salon hissəsinin yanar konstruksiyaları, 1 ha ərazidə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh