DİQQƏT: Bu yolda hər zaman təhlükə var - VİDEO

Xəbərlər 21 İyun 2019 20:27 Oxunub 1354
DİQQƏT: Bu yolda hər zaman təhlükə var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Analoji hadisə təxminən 7-8 ay öncə də baş vermişdi

Quba-Xınalıq yolunda hər zaman sürüşmə təhlükəsi var. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, mütəxəssislər, əsasən, turizm şirkətləri tərəfindən iri avtomobillər, xüsusən avtobuslarla Xınalıq istiqamətinə turların təşkil edilməsini düzgün hesab etmirlər. Çünki bu növ nəqliyyat vasitələrinin sürüşmə prosesinin daim aktiv olduğu ərazidə hərəkəti faciə ilə nəticələnə bilər.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Quba-Xınalıq yolunun 29-cu kilometrliyində avtomobil dərəyə aşmışdı. Ərazidə istirahət edən turist “Nissan” markalı avtomobili yol kənarında park etmiş, lakin sürücü avtomobildən endikdən sonra maşın düzgün park edilmədiyi üçün Qudyalçaya doğru yuvarlanmışdı. Analoji hadisə təxminən 7-8 ay öncə də baş vermişdi. Belə ki, “Toyota Prado” markalı avtomobil düzgün park edilmədiyi üçün sözügedən yolda dərəyə aşmışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh