Avtomobil avtobusa çırpıldı: avtobus aşdı, 30 yaralı - VİDEO

Avtosfer TV 22 İyun 2019 19:05 Oxunub 1255
Avtomobil avtobusa çırpıldı: avtobus aşdı, 30 yaralı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis insidentlə bağlı təhqiqatlara başlayıb

Türkiyənin Nevşəhər vilayətində avtobusun aşması nəticəsində 30 nəfər xəsarət alıb.

Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə Acıgöl rayonunda qeydə alınıb.

Məlumata görə, Ankaradan Nevşəhər istiqamətində hərəkətdə olan sərnişin avtobusuna minik avtomobili çırpılıb. Toqquşmanın şiddətindən avtobus yoldan çıxaraq aşıb.

Qəzadan sonra hadisə yerinə xeyli sayda səhiyyə, polis və xilasetmə briqadaları cəlb edilib.

Yaralılar təcili tibbi yardım maşınları ilə ərazidəki xəstəxanalara yerləşdirilib.

Polis insidentlə bağlı təhqiqatlara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh