Güclü yağış qəzaya səbəb oldu: 5-i uşaq, 25 yaralı - FOTO

Qəzalar 23 İyun 2019 11:10 Oxunub 1847
Güclü yağış qəzaya səbəb oldu: 5-i uşaq, 25 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlardan dördünün vəziyyəti ağır olduğu bildirilib

Türkiyənin Antalya vilayətində sərnişin avtobusunun aşması nəticəsində 25 nəfər xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident Konya-Antalya trasının Akseki rayonunda qeydə alınıb.

Məlumata görə, qəzaya avtobusun yolun yağışlı və sürüşkən olması səbəbindən idarəetmədən çıxması olub. Nəticədə 5-i uşaq olmaqla 25 nəfər xəsarət alıb.

Yaralılar hadisə yerinə gələn təcili tibbi yardım maşınları ilə xəstəxanalara yerləşdirilib.

Onlardan dördünün vəziyyəti ağır olduğu bildirilib.

Polis araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh