Ayda həyat insan üçün təhlükəlidir - ALİMLƏR SƏBƏBLƏRİ AÇIQLADI

Gündəm 23 İyun 2019 18:08 Oxunub 1151
Ayda həyat insan üçün təhlükəlidir - ALİMLƏR SƏBƏBLƏRİ AÇIQLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ay tozu təkcə ağ ciyərlərə ziyan vurmayacaq, eyni zamanda iltihaba və xərçəngə səbəb olacaq

Ay bazasında yaşamaq insan həyatı üçün təhlükəlidir. Avtosfer.az “Ölkə.az”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Stouni-Bruk universitetinin alimi Bryus Dempl açıqlama verib. O, bildirib ki, Ay bazasının sakinləri üçün kosmik radiasiya yox, toz ziyanlı olacaq. Ay tozunun tərkibində zəhərli və kanserogen maddə çoxdur. Ay tozu təkcə ağ ciyərlərə ziyan vurmayacaq, eyni zamanda iltihaba və xərçəngə səbəb olacaq. Əgər Aya səfər bir neçə ay davam etsə, nəticələrdən qaçmaq mümkün olmayacaq. Son illər Rusiya və ABŞ alimləri Ayın səthində daimi yaşayış məntəqəsi inşa etmək üzərində işləyirlər. Bunun səbəbi isə Ayın peykinin qütblərində və bəzi kraterlərində su ehtiyatlarının tapılmasıdır. Son günlərə qədər isə düşünülürdü ki, Ayda və digər kosmik cismlərdə kosmik radiasiya insan üçün təhlükəlidir. Amma bu yaxınlarda alimlər bunun belə olmadığını açıqlayıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh