77 yaşlı kişini avtomobil vurub - İsmayıllıda

Qəzalar 23 İyun 2019 18:39 Oxunub 943
77 yaşlı kişini avtomobil vurub - İsmayıllıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

İsmayıllı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə İsmayıllı şəhər sakini, 1942-ci il təvəllüdlü Bayramov Abbas Xasay oğlu ağır kəllə-beyin travması və qolun sınığı diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstənin yaxınları yaşlı kişinin yıxılaraq xəsarət aldığını deyərək həkimlərə yalan məlumat veriblər. Polis əməkdaşları tərəfindən araşdırma zamanı məlum olub ki, ahıl kişini yolu keçəndə "NİVA" markalı minik avtomobili vurub. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh