Qadın sürücü avtomobili işıqfora çırpdı – 1 ölü, 2 yaralı

Qəzalar 24 İyun 2019 11:39 Oxunub 945
Qadın sürücü avtomobili işıqfora çırpdı – 1 ölü, 2 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanıb

Bakıda ağır yol qəzası baş verib. Avtosfer.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. Şəmkir rayon sakini, 1974-cü il təvəllüdlü Əsgərova Sahibət İsax qızı idarə etdiy "Hyundai Santa Fe" markalı 99 FF 244 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və Zərifə Əliyeva 25 saylı ünvanın qarşısındakı işıqforun dirəyinə çırpılıb. Sürət həddi yüksək olduğundan avtomobil işıqforun dirəyini qıraraq yaxınlıqdakı çinar ağacına dəyib. Hadisə nəticəsində sərnişin, 1978-ci il təvəllüdlü Abbaslı Könül Əhməd qızı hadisə yerində dünyasını dəyişib, sürücü və digər iki sərnişin - 1981-ci il təvəllüdlü Əliyeva Adilə Nazim qızı və 2004-cü il təvəllüdlü İslamova Nərmin Eldəniz qızı ağır bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh