Polislər yola dağılan at ilxısını belə yaxaladı - BAKIDA - VİDEO

Avtosfer TV 24 İyun 2019 14:50 Oxunub 3280
Polislər yola dağılan at ilxısını belə yaxaladı - BAKIDA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
At ilxısını xüsusi taktikayla təqib edərək sonunda atları neytral sahədə mühasirəyə ala biiblər

3 gün öncə Pirallahı rayonuna (Pirallahı adası) film çəkilişi üçün gətirilmiş 40 baş cins idman atı tövlənin taxta hasarını uçuraraq gecə saatlarında qəsəbənin yollarına çıxıb. Avtosfer.az xəbər verir ki, bu barədə Ramal Nadir adlı şəxs sosial şəbəkələrdə məlumat paylaşıb. “Atçılıq mütəxəssisi kimi deyə bilərəm ki, bu qədər atın şəhər coğrafiyasında hərəkəti müxtəlif hadisələrə şərait yarada bilər. Mənə bu barədə xəbər gəldi və mən yəhər-yüyəni avtomobilimə qoyub hadisə yerinə tələsdim. Avtomobil yolu ilə aşağı-yuxarı dəlicəsinə çapan atları saxlamaq mümkünsüz kimi görünürdü. Lakin yol patrul xidmətinin və post patrul xidmətinin əməkdaşlarının operativliyinin, məharətinin şahidi oldum. Belə ki, polislər yollarda blokadalar quraraq, yolu avtomobillərdən boşaldaraq və at ilxısını xüsusi taktikayla təqib edərək sonunda atları neytral sahədə mühasirəyə ala biiblər. Köməyə gələn atçılarla birgə atların xüsusi maşınlara doldurulub daşınmasında da yardımçı olublar.”

Avtosfer.az videonu təqdim edir:

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh