Ağsu aşırımında dəhşətli anlar - "Əjdaha" peyda oldu

Gündəm 24 İyun 2019 19:52 Oxunub 3255
Ağsu aşırımında dəhşətli anlar - "Əjdaha" peyda oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Heyvanın kiçik ayaqlarının da olduğu bildirilir

Ağsu rayonunda qorxunc ilan öldürülüb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 150-ci kilometrliyində, Ağsu dolaylarında baş verib. Ağsu aşırımında istirahət edən şəxslərdən biri axşam saatlarında dərədən qəribə səs eşidib. Həmin şəxs bunu keçi səsinə oxşadıb və dərəyə enərkən üzləşdiyi mənzərədən dəhşətə gəlib. Dərədə boz rəngli, təxminən 1,5 metrdən uzun olan ilanabənzər buynuzlu vəhşi heyvanı görən şəxs yaxınlıqdakı yerləşən kafedən kömək istəyib. Həmin şəxslərin köməyi ilə ilanı zərərsizləşdirmək mümkün olub. Öldürülən vəhşi sürünənin bədən hissəsi təhlükəli "Qafqaz gürzəsi"nə bənzəyir. Heyvanın kiçik ayaqlarının da olduğu bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh