Avtomobil işıq dirəyinə çırpıldı: 5 yaralı - FOTO

Qəzalar 25 İyun 2019 15:51 Oxunub 1007
Avtomobil işıq dirəyinə çırpıldı: 5 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Dənizli vilayətində 5 nəfərin xəsarət alması ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident iyunun 25-i Honaz rayonunda qeydə alınıb.

Məlumata görə, Nezihi Aytekinin idarəetməsindəki 06 FK 8001 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.

Nəticədə sürücü ilə birlikdə nəqliyyat vasitəsində olan həyat yoldaşı, gəlini və 2 azyaşlı nəvəsi yaralanıb.

Ətrafdakı insanların xəbər verməsi ilə hadisə yerinə səhiyyə və polis əməkdaşları gəlib.

Yaralılar təcili tibbi yardım maşınları ilə Pamukkale Universiteti Xəstəxanasına yerləşdiriliblər.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh