20 yaşlı sərxoş futbolçu qəza törətdi: bir gün əvvəl nişanlanmış cütlük ölüb - FOTO + VİDEO

Avtosfer TV 25 İyun 2019 16:22 Oxunub 1385
20 yaşlı sərxoş futbolçu qəza törətdi: bir gün əvvəl nişanlanmış cütlük ölüb - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı təhqiqatlara başlayıb

İspaniyanın “Sevilya” futbol klubunun əvəzedici komandasında hücumçu kimi iştirak edən Xoao Malik ölümlə nəticələnən ağır yol qəzası törədib.

Avtosfer.az “news.ru”ya istinadən xəbər verir ki, insident iyunun 23-ü baş verib. Qəzada gənc nişanlı cütlük ölüb. Bu barədə “Mundo Deportivo” portalı məlumat yayıb.

Məlumata görə, 20 yaşlı futbolçu sərxoş olub və avtomobili yüksək sürətlə idarə edib.

O, idarəetməni itirərək bir gün əvvəl nişanlanmış gənc cütlüyün olduğu maşına çırpılıb.

Polis qəza ilə bağlı təhqiqatlara başlayıb.

Qeyd edək ki, Malikin klubla müqaviləsi iyunun 30-na kimidir.

 

Namiq

Посмотреть изображение в ТвиттереПосмотреть изображение в ТвиттереПосмотреть изображение в Твиттере

ŞƏRH YAZ
Ad

E-mail

Şərh