Qubada itkin düşən azyaşlı tapılıb - FOTO

Gündəm 26 İyun 2019 16:55 Oxunub 738
Qubada itkin düşən azyaşlı tapılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uşağın valideyni onlara dərin minnətdarlıqlarını bildirib

Quba rayonunda itkin düşən azyaşlı tapılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, iyunun 25-i gecə saat 3 radələrində rayon sakini Ceyhun Cəfərov Quba Rayon Polis Şöbəsinə (RPŞ) azyaşlı uşağının itməsi barədə məlumat verib.

Məlumatla əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb. Keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində azyaşlı uşaq qısa müddətdə rayon ərazisində tapılaraq RPŞ-yə gətirilib. Polis əməkdaşları tərəfindən azyaşlının ailəsi ilə əlaqə saxlanılaraq polis şöbəsinə dəvət olunublar və övladları tam sağlam olaraq ailəsinə təhvil verilib.

Uşağın valideyni C.Cəfərov itkin düşən övladının tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və gecə saatlarında göstərdikləri əvəzolunmaz köməyə görə DİN və Quba RPŞ rəhbərliyinə, eləcə də RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Sahil Əhmədova və polis nəfəri, polis serjantı Azər Rüstəmova dərin minnətdarlıqlarını bildirib.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh