Yasamalda bir gündə iki "avtoş" tutuldu - məhkəmə birini buraxdı - VİDEO

Avtoreyd 27 İyun 2019 22:49 Oxunub 7903
Yasamalda bir gündə iki "avtoş" tutuldu - məhkəmə birini buraxdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki sürücüyə pul cəriməsi kəsilib

Yasamal rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edən iki sürücünü saxlayıblar. Avtosfer.az xəbər verir ki, 85 BV 005 dövlət nömrə nişanlı, “JEEP Grand Cherokee” markalı avtomobil ilə Yasamal rayonu Salamzadə küçəsində avtoxuliqanlıq edən İsmayıl Məmmədəli oğlu İsmayılbəyli barəsində 1 il sürücülük hüququ məhdudlaşdırılmaqla 600 manat məbləğində cərimə tətbiq olunub.

Eyni zamanda 99 LG 392 dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobil ilə əhalinin dincliyini pozaraq avtoxuliqanlıq edən sürücü Aydın Fikrət oğlu Salayev məhkəmənin qərarrı ilə sərbəst buraxılıb. Lakin Yasamal rayon DYPŞ bu qərardan apeliyasiya sikayəti verib.
Qayda pozuntularının videosunu təqdim edirik:

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh