Yolu kəsirlər, piyadalar təhlükə ilə üzləşir – BNA-nın diqqətinə! - FOTO

Xəbərlər 28 İyun 2019 11:35 Oxunub 1434
Yolu kəsirlər, piyadalar təhlükə ilə üzləşir – BNA-nın diqqətinə! - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilləri səkidə park edərək təkər təmir edirlər

Yasamal rayonu A.M.Şərifzadə küçəsində yaşayan sakinlər və həmin yoldan istifadə edən piyadalar səkinin qanunsuz olaraq zəbt edilməsi ilə bağlı Avtosfer.az-a şikayət göndəriblər. Belə ki, Şərifzadə küçəsində (“İdeal” şadlıq sarayının yanında) yerləşən təkər təmiri sexinin işçiləri, avtomobilləri səkidə park edərək təkər təmir edirlər. Buna görə də, səkidən istifadə etmək mümkünsüz olur. Piyadalar isə yolun hərəkət hissəsinə düşərək hərəkət edən zaman onların həyatına təhlükə yaranır.
Sakinlər saytımız vasitəsi ilə həmin səkiyə mütəmadi nəzarət edilməsini və səkinin boş saxlanılmasını xahiş ediblər.
Ümid edirik ki, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları həmin ərazidə xidmət apararaq səkidə parklanan avtomobilləri inzibati qaydada məsuliyyətə cəlb edib profilaktik işlər görəcəklər.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh