Havanın çox isti olduğunu deyib motosikleti lüt idarə etdi - FOTO

Avtosfer Foto 28 İyun 2019 14:29 Oxunub 1978
Havanın çox isti olduğunu deyib motosikleti lüt idarə etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis sürücüyə ən azından bir şalvar geyinmək lazım olduğunu bildirərək yoluna davam etməsinə icazə verib

Almaniyanın Brandenberq əyalətində bir vətəndaş havanın çox isti olması səbəbindən motosikleti lüt idarə edib.

Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan və başında kaskası olan sürücü havanın çox isti olduğunu və bu səbəbdən çılpaq vəziyyətdə  motosiklet sürdüyünü söyləyib.

Polis, sürücüyə ən azından bir şalvar geyinmək lazım olduğunu bildirərək yoluna davam etməsinə icazə verib.

Həmin ana dair fotoları sosial şəbəkədə paylaşan Alman polisi, sürücünü çılpaq vəziyyətdə motosiklet idarə etdiyini və bunun üçün də onun haqlı olduğunu, “Sürücünün dediklərinə qoşulmamaq əldə deyil” sözlərini yazaraq paylaşıb.

Avtosfer.az həmin fotoları təqdim edir:

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh