"Ferrari 250 GTO" incəsənət əsəri elan edilib
Avtodünya 29 Iyun 2019 09:38 209 dəfə oxunub
"Ferrari 250 GTO" incəsənət əsəri elan edilib
Ferrari şirkətinin Bolonya kommersiya məhkəməsində Modena adlı şirkətə qarşı qaldırdığı iddia

İtalyan məhkəməsi Ferrari 250 GTO modelini incəsənət əsərlərinə aid edilməsi barədə qərar qəbul edib. Belə qərarın mövcudluğu avtomobilin surətini çıxarmağın qadağan olduğu anlamına gəlir.

Məhkəmə çəkişməsinə səbəb isə, Ferrari şirkətinin Bolonya kommersiya məhkəməsində Modena adlı şirkətə qarşı qaldırdığı iddia olub. Sonuncu, məşhur Ferrari 250 GTO modelinin replikalarını buraxacağı barədə bəyanat ilə çıxış edib. Məhkəmənin verdiyi qətnamədə «kuzovun xüsusi xəttlərindən və dizaynın estetik elementlərindən» danışılır. Məhkəmə, bu elementlərin avtomobili «pərəstiş obyektinə çevirdiyini» hesab edir. Ferrari isə, avtomobilin incəsənət əsəri kimi tanınması haqqında qətnamənin İtaliyada ilk dəfə qəbul edildiyini xüsusi ilə vurğulayıb.

Orijinal Ferrari 250 GTO modeli 1962-1964-cü illərdə 36 nüsxədən ibarət məhdud saylı tirajla buraxılıb. O zamanlar kupeni almaq üçün 18000 dollar tələb olunurdu. Yarım əsr keçdikdən sonra isə, 250 GTO modelinin qiyməti on milyonlarla ölçülür.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh