"BMW" və "Mercedes" güclərini birləşdirir - Yeni texnologiya hazırlanır

Avtoxəbər 5 İyul 2019 12:33 Oxunub 1374
"BMW" və "Mercedes" güclərini birləşdirir - Yeni texnologiya hazırlanır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əməkdaşlıq sayəsində ortaya çıxacaq yeni texnologiyalar 2024-cü ildən etibarən xüsusi müştərilərin istifadəsinə veriləcək

Almaniyanın nəhəng avtomobil istehsalçıları "BMW" və "Mercedes"in təsisçi şirkəti "Daimler" yeni texnologiyalar üzrə əməkdaşlığa başlayıb. Avtosfer.az "Finans.az"a istinadən xəbər verir ki, əməkdaşlıq sürücülərə yardım sistemi, avtonom sürücülük və avtonom park texnologiyalarının inkişafı ilə bağlı olacaq. Cari ilin fevral ayında birgə çalışmağı planlaşdırdıqlarını deyən şirkətlər 5 aydan sonra razılaşmanı tamamlayıb.

Əməkdaşlıq sayəsində ortaya çıxacaq yeni texnologiyalar 2024-cü ildən etibarən xüsusi müştərilərin istifadəsinə veriləcək. "Level 4" adlandırılacaq texnologiyanı "BMW" və "Mercedes" ayrı-ayrı sınaqdan keçirəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh