Özü-özünə enerji yığan yeni elektromobil - FOTO

Avtoxəbər 8 İyul 2019 14:19 Oxunub 1764
Özü-özünə enerji yığan yeni elektromobil - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin ilk rəsmi test sürüşü avqust ayı ərzində keçirilməsi planlaşdırılır

Benzinlə işləyən avtomobillər gün keçdikcə yerini yeni texnologiyaya verir. Avtosfer.az xəbər verir ki, elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələrinin getdikcə genişləndiyi bir vaxtda, “Toyota” şirkəti yolda hərəkətdə olarkən eyni zamanda özü-özünə enerji yığan yeni bir avtomobil hazırlayır. “Toyota Prius PHV” adının verilməsi gözlənən avtomobil konsepti - kapotu, tavan və hətta baqaj hissəsi daxil olmaqla günəş panelləri ilə təchiz olunub.

Bu panellər vasitəsi ilə günəşdən güc alaraq akumulatorunu enerji ilə dolduran konseptə, enerji doldurma məntəqəsindən istifadə etməyə ehtiyac qalmayacaq.

Nəzəriyyədə sözügedən elektromobil özü-özünü enerji ilə təmin edə biləcəyini diqqətə çatdırır.

Eyni zamanda ətraf mühitin dostu olması gözlənilən yeni nəsil avtomobil, elektrik şəbəkəsindən istifadəyə ehtiyacın ortadan qalxacağı və sürücülərin enerji yükləmə xərclərini də azaldacaq.

Satışa çıxarılıb-çıxarılmayacağı hələ ki, məlum olmayan avtomobilin ilk rəsmi test sürüşü avqust ayı ərzində keçirilməsi planlaşdırılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh