"PA" və "PM" "protiv" getdi, "Naz lifan" da onlara qoşuldu - VİDEO

Avtosfer TV 10 İyul 2019 15:53 Oxunub 6711
"PA" və "PM" "protiv" getdi, "Naz lifan" da onlara qoşuldu  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Görünən odur ki, onların bu addımı digər sürücülər üçün də prisident olur

Bakıda əks yola çıxaraq hərəkət edən, bununla da qaydaları kobud şəkildə pozan avtomobillər kameraya düşüb. Avtosfer.az xəbər verir ki, ilk olaraq 10 PA 517 dövlət nömrə nişanlı, “BMW” avtomobil əks yola çıxıb. Onun ardınca 10 PM 357 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobil eyni qaydanı pozur. Bundan ilhamlanan 99 TT 595 dövlət nömrə nişanlı, “Naz lifan” markalı (əlillər üçün nəzərdə tutulmuş) avtomobil də onların ardınca gedir. Həmçinin 10 PM 357 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobil qadağan olunmuş səs siqnalından istifadə edir.

PA və PM seriyalı avtomobillərin Prezident Adminstrasiyasına məxsus olduğu aydındır. Fərz edək ki, hər hansı əhəmiyyətli dövlət tədbiri ilə əlaqədar olaraq tələsir və qaydanı da ona görə pozurlar. Amma görünən odur ki, onların bu addımı digər sürücülər üçün də prisident olur. Nəticədə “onlara olar, mənə olmaz?” prinsipi ilə hərəkət edirlər. Necə ki, videodakı üçüncü avtomobil kimi. Amma yaxşı olardı ki, dövlət orqanlarına məxsus olan avtomobillərin sürücüləri digərlərinə yaxşı nümunə olsun. Videonu təqdim edirik:

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh