Bakıda avtoyuyucu müştərinin avtomobili ilə qəza törədərək ölüb - FOTO

Qaydalar 11 İyul 2019 21:05 Oxunub 5307
Bakıda avtoyuyucu müştərinin avtomobili ilə qəza törədərək ölüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakıda yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda, "Bakmil" metro stansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, avtoyuma məntəqəsinin işçisi "Honda CRV" minik avtomobilini yuduqdan sonra sahibindən icazəsiz şəhərdə idarə etməyə cəhd göstərib. Lakin idarəetməni itirərək yol kənarındakı ağaca çırpıb və hadisə yerində ölüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh