Bakıda "Priora" aşdı, bir ailənin 5 üzvü ağır xəsarət aldı - FOTO

Qaydalar 15 İyul 2019 01:15 Oxunub 2918
Bakıda "Priora" aşdı, bir ailənin 5 üzvü ağır xəsarət aldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılardan 3 nəfəri azyaşlıdır

Bakıda 5 nəfər xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, qəza Qaradağ rayonu ərazisində Lökbatan-Sahil qəsəbəsi avtomobil yolunda qeydə alınıb. “Lada Priora” markalı avtomobil qarşıdakı avtomobili ötmək istəyərkən sürücü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Avtomobildə olan 5 nəfər ağır bədən xəsarətləri alıblar. Hadisə şahidlərinin bildirdiyinə görə, yaralılardan 3 nəfəri azyaşlıdır.

Onların bir ailənin üzvü olduğu bildirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh