Şəki DYP «Xan Sarayı»nın sürücüləri ilə görüş keçirdi - FOTO

Yol polisi 17 İyul 2019 12:44 Oxunub 1833
Şəki DYP «Xan Sarayı»nın sürücüləri ilə görüş keçirdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
MMC-nin rəhbərliyi və sürücüləri xəbərdar olunub

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Nitalıyev Şəki şəhərində fəaliyyət göstərən «Xan Sarayı» MMC-də, avtobus və mikroavtobus sürücüləri ilə görüş keçirib. Avtosfer.az xəbər verir ki, öncə sürücülərə qanunsuz sərnişin daşımaların qarşısının alınması sahəsində həyata keçirilən tədbirlərin gücləndirilməsi barədə məlumat verilib. Onlara, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə əməl etmələri, eləcə də qanunvericiliyin digər tələbləri barədə müvafiq izahlar verilib.
Daxili İşlər Nazirliyinin “Avtobuslarla sərnişin daşıma sahəsində təhlükəsizliyin təmin edilməsinə nəzarətin gücləndirilməsi barədə” göstərişinin icrası ilə əlaqədar olaraq, qanunsuz sərnişin daşımaların qarşısının alınması məqsədilə xidməti ərazidə Dövlət Yol Polisi tərəfindən təhlükəsizlik tədbirlərinin həyata keçiriləcəyi barədə «Xan Sarayı» MMC-nin rəhbərliyi və sürücüləri xəbərdar olunub.
Tural Niftalıyev bildirib ki, qanunvericiliklə müəyyən edilmiş qaydada texniki baxışdan keçməyən, istismara yararsız, əlavə avadanlıq quraşdırılmış, reysqabağı texniki vəziyyəti yoxlanılmayan, sərnişin daşıma ilə məşğul olmaq üçün “Fərqlənmə nişanı” olmayan, iri və kiçik tutumlu avtobuslar, eləcə də reysqabağı tibbi müayinədən keçməyən və müvafiq kateqoriyası olmayan sürücülər yol hərəkətindən kənarlaşdırılacaqdır.
Şəki «Xan Sarayı» MMC-nin direktoru Pərviz Davudov, bu cür maarifləndirmə tədbirlərinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək yol polisinə minnətdarlığını bildirib.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh