ANS prezidentinin "Galenvagen"i qırmızı işıqdan keçdi - Şirkətdən açıqlama - VİDEO

Avtoreyd 17 İyul 2019 13:40 Oxunub 3331
ANS prezidentinin "Galenvagen"i qırmızı işıqdan keçdi - Şirkətdən açıqlama - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vahid Mustafayevin avtomobili ilə kobud qayda pozuntusuna yol verilib

ANS-in prezidenti Vahid Mustafayevin avtomobili ilə kobud qaydasına yol verilib. Avtosfer.az xəbər verir ki, hadisəni əks etdirən video sosial şəbəkələrdə yayılıb. Belə ki, Balans MMC-yə məxsus olan və Vahid Mustafayevin idarə etdiyi 10 AS 660 dövlət nömrə nişanlı "Mercedes Galenvagen" markalı avtomobil svetoforun qırmızı işığında hərəkəti davam etdirib. Bununla da o, 60 manat 3 ballıq xətaya yol verib. Hadisə iyulun 16-da, saat 22.20 radələrində baş verib.

Qeyd edək ki, Vahid Mustafayev Azərbaycana "Galenvagen"i ilk gətirən şəxsdir və həmin avtomobili özü idarə edir. 

Videoda 99 XH 411 nömrə nişanlı avtomobilin də qırmızı işıqda hərəkət etdiyi əksini tapır.

Görüntüləri təqdim edirik:

***

ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov bildirib ki, həmin xəbərdə yayılan yeganə doğru məlumat odur ki, Azərbaycana ilk dəfə “Gelandevagen”i gətirən Vahid Mustafayev olub. M.Məmmədovun dediyinə görə, birincisi, Vahid müəllim çoxdan avtomobil idarə etmir, bu vəzifəni sürücülər həyata keçirir. İkincisi, qarajımızdan aldığımız məlumata görə, adı çəkilən nəqliyyat vasitəsi həmin vaxt qarajda olub.”Məlumdur ki, Vahid Mustafayev nüfuzlu, maraqlı şəxsdir, onun barəsində yayılan hər hansı xəbər dərhal reytinq gətirir. Qeyd edim ki, bu yalan məlumat təxribat məqsədi ilə yayılıb, lakin təxribat etmək istəyənlər bilsinlər ki, növbəti cəhdləri də baş tutmayıb". Müşavir bildirib ki, yayılan məlumatlarda guya avtomobilin üç balla cərimələndiyi də yazılıb. “Dövlət Yol Polisindən məlumat ala bilərsiniz. Həmin avtomobilin heç bir cəriməsi yoxdur! Digər tərəfdən, hüquq-mühafizə orqanları belə qondarma məlumatları yayan şəxslər və hər hansı qurumlarla bağlı ciddi ölçü götürməlidir. Biz müharibə şəraitində yaşayırıq. Bu hərəkətlər hansı məqsədi güdür?”.

M.Məmmədov həmkarlarını qınayıb ki, iyulun 18-də ANS TV-nin bağlanmasından üç il ötəcək. Respublika Prokurorluğu ANS-in fəaliyyətində hər hansı istintaq hərəkəti tapmadığını etiraf etdi. Nəyə görə heç bir günahı olmadığı sübuta yetirilən ANS-in fəaliyyətinin bərpa olunması barədə ciddi araşdırma aparmayan və ya məlumat yaymayan saytlar xırda, özü də yanlış məlumatı vur-həşirlə yaymağa başlayır? Düz etmirsiniz, həmkarlar...”.

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh