Atobus traktorla toqquşdu: 4-ü ağır, 18 yaralı - FOTO

Avtosfer Foto 17 İyul 2019 15:23 Oxunub 1458
Atobus traktorla toqquşdu: 4-ü ağır, 18 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzanın şiddətindən traktorun ön təkərləri yerindən çıxaraq 30 metrə irəliləyib

Türkiyənin Çanaqqala vilayətində avtobusla traktorun iştirakı ilə baş verən yol qəzasında 18 nəfər xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident Tevfikiye kəndi yaxınlarında qeydə alınıb.

Məlumata görə, kənd təsərrüfatı işçilərini daşıyan Ərən Coşqunun (38) idarəetməsində olan 15 SK 009 dövlət qeydiyyat nişanlı avtobus Xəlil Yücəlin (26) idarə etdiyi traktorla toqquşub. Qəzanın şiddətindən traktorun ön təkərləri yerindən çıxaraq 30 metrə irəliləyib. Nəticədə avtobusun sürücüsü və 17 işçi yaralanıb. Yaralılar hadisə yerinə gələn təcili tibbi yardım maşınları ilə ərazidəki xəstəxanalara yerləşdirilib. Onlardan dördünün vəziyyəti ağır olduğu bildirilib.

Polis araşdırmalara başlayıb.

 

Namiq

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh