ŞOK GÖRÜNTÜ: "Avtobus sürücüsü sükan arxasında narkotik çəkirdi" - VİDEO

Avtosfer TV 17 İyul 2019 20:57 Oxunub 1599
ŞOK GÖRÜNTÜ: "Avtobus sürücüsü sükan arxasında narkotik çəkirdi" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda isə araşdırma davam edir

Hərəkətdə olan sərnişin avtobusunun sürücüsü avtobusu idarə edə-edə əli ilə kağızda nəsə hazırlayır. Görüntünü çəkən sərnişinin iddiasına görə, sürücü əvvəlcə əlində olan kağıza narkotik maddə doldurub, daha sonra ondan istifadə edib. Avtosfer.az xəbər verir ki, görüntü Bakı-Balakən avtobusunda lentə alınıb. Videonu lentə alan şikayətçi deyir ki, sürücünün adı Zaur olub və sükan arxasında narkotik maddədən istifadə edib. Sərnişin deyir ki, siqaret çəkdikdən sonra sürücünün halı dəyişib. Şikayətçi bildirir ki, həmin vaxt sürücü anlaqsız vəziyyətdə olduğundan ona xəsarət edəcəyindən qorxub və buna görə də etirazını bildirməyib. Ondan bir gün sonra daşıyıcı şirkətə bu barədə məlumat versə də, ona "Boş ver" deyiblər. Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti dərhal hərəkətə keçib. Qurumun Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirdi ki, hazırda həmin hadisə üzərində araşdırma aparılır. Onun sözlərinə görə, sürücü barəsində isə hüquq mühafizə orqanlarında müvafiq tədbir görüləcək. Hazırda isə araşdırma davam edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh