Piyadanı vurub xəstəxanaya aparan sürücü yolda qəza törədib

Qəzalar 19 İyul 2019 19:26 Oxunub 1112
Piyadanı vurub xəstəxanaya aparan sürücü yolda qəza törədib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil rayonun Uzuntəpə kənd sakini, 2013-cü il təvəllüdlü Fərid Laçın oğlu Quliyevi vurub. Sürücü azyaşlı yaralını öz avtomobili ilə xəstəxanaya aparan zaman yolda daha bir qəza törədib. O, idarə etdiyi avtomobillə həmin yolda hərəkətdə olan motosikletə çırpılıb. Motosikletin sürücüsü, rayon sakini, 1990-cı il təvəllüdlü Elnur Tarverdi oğlu Hüseynov qəza zamanı ağır bədən xəsarətləri alıb. Hər iki yaralı digər avtomobillə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh