Yol polisi Qaradağda reyd keçirdi: 15 sürücü saxlanıldı - FOTO

Avtoreyd 19 İyul 2019 20:01 Oxunub 1915
Yol polisi Qaradağda reyd keçirdi: 15 sürücü saxlanıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillərin hərəkətinə mane olan və həyatı təhlükə yaradan 7 piyada saxlanılıb

Bu gün Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində ictimai asayişin qorunması və hərəkətin təhlükəsizliyi ilə əlaqədar reyd keçirib. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-in əməkdaşının da iştirak etdiyi reydlər zamanı qayda pozan sürücü və piyadalara qarşı tədbir görülüb. Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin axtarış üzrə inspektoru, polis mayoru Kamil Rəhimov bildirib ki, gün ərzində yol polis əməkdaşlarının keçirdiyi reyd zamanı 15 sürücü saxlanılıb: "Saxlanılan sürücülərə qanuna müvafiq qaydada inzibati protokol tərtib edilib. Həmçinin gün ərzində piyadalar üçün müəyyən edilməmiş ərazilərdən keçərək avtomobillərin hərəkətinə mane olan və həyatı təhlükə yaradan 7 piyada saxlanılıb. Həmin piyadalar da inzibati protokol tərtib edilməklə cərimələnib.

Biz mütəmadi olaraq rayon ərazisində reyd və profilaktik tədbirlər keçiririk, sürücü və piyadaları qaydalara riayət etməyə çağırır, onlar arasında təbliğat aparırıq. Məqsəd yol hərəkəti qəzalarının sayının azaldılması, avtomobil və piyadaların təhlükəsizliyini təmin etməkdir".

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh