Oyunlara görə taksilər ayrıldı

Gündəm 19 İyul 2019 20:55 Oxunub 1048
Oyunlara görə taksilər ayrıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yarışda iştirak edəcək xüsusi heyətə məhz “London TX-4” taksiləri ilə xidmət göstəriləcək

İyulun 21-27-də Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində ölkəmizə gələcək turistlərin daşınması üçün təşkilat komitəsi ilə bağlanan müqavilə əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "Bakı Taksi Xidməti" MMC tərəfindən 120 avtonəqliyyat vasitəsi və 276 sürücü ayrılıb.

Avtosfert.az xəbər verir ki, bu barədə sputnik-ə "Bakı Taksi Xidməti" MMC-dən məlumat verilib. Xəbərdə bildirilir ki, hava limanı önünə dislokasiya edilən "London TX-4" taksilərinin sayı artırılaraq, yarışı izləmək üçün ölkəmizə gələcək turistlərin otellərə daşınması üçün tam hazır vəziyyətə gətirilib. "Bakı Taksi Xidməti" MMC tərəfindən Əməliyyat Komitəsinin heyətinə dəstək üçün 40 dispetçer ayrılıb. Qeyd edək ki, ölkəmizin ev sahibliyi edəcəyi bu mötəbər yarışda iştirak edəcək 240 nəfər xüsusi heyətə məhz "Bakı Taksi Xidməti" MMC-nin “London TX-4” taksiləri ilə xidmət göstəriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh