Kaliforniyada "Boeing 737 Max" təyyarələrinin "qəbiristanlığı" tapılıb

Gündəm 21 İyul 2019 09:03 Oxunub 639
Kaliforniyada "Boeing 737 Max" təyyarələrinin "qəbiristanlığı" tapılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Martda "Ethiopian Airlines" aviaşirkətinin "Boeing 737" təyyarəsi qəzaya uğrayıb

Cənubi Kaliforniyada, Viktorville aeroportunda problemli "Boeing 737 Max" təyyarələrinin "qəbiristanlığı" aşkarlanıb.

 

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" nəşri bildirib.

 

Aeroportun dayanacağında "Southwest Airline" aviaşirkətinin 35-dən çox laynerini yerləşdirilib. Təyyarələr bu modeldən olan hava gəmilərinin uçuşlarına qadağanın aradan qaldırılmasına qədər orada qalacaqlar.

 

"Boeing 737 МАХ"ın uçuşları iki avialaynerin qəzaya uğramasından sonra ABŞ-da və bir çox başqa ölkələrdə dayandırılıb. Martda "Ethiopian Airlines" aviaşirkətinin "Boeing 737" təyyarəsi qəzaya uğrayıb. Nəticədə 157 nəfərhəlak olub. 2018-ci ilin noyabrında İndoneziyanın "Lion Air" şirkətinin də eyni təyyarəsi qəzaya uğrayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh