Sürücü piyadaya yol verərəkən qəza baş verib, xəsarət alan var - FOTO

Qəzalar 21 İyul 2019 09:38 Oxunub 1209
Sürücü piyadaya yol verərəkən qəza baş verib, xəsarət alan var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib

Sabunçu rayonunda yol qəzası zamanı 1 nəfər xəsarət alıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, xəbər verir ki, hadisə rayonun Zabrat şossesində baş verib. Belə ki, Samir Ağayev idarə etdiyi "Greatwall" markalı avtomobillə hərəkətdə olan zaman qəfil qarşısına piyadalar çııxıb. Sürücü məcbur olub qəfil əyləcdən istifadə edib.
Bu zaman arxadan yüksək sürətlə gələn "Mercedes" markalı avtomobili idarə edən Sərxan Ələsgərov dayanmış nəqliyyt vasitəsinə çırpılıb. Qəza nəticəsində "Mercedesdə" olan sərnişin Əsədov Sənan Təvəkkül oğlu xəsarət alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Xəstəxanadan həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta ağırdır.

 

Faktla bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh