Körpüdə ağır yol qəzası: 7 nəfər ölüb - FOTO

Qəzalar 21 İyul 2019 13:10 Oxunub 7225
Körpüdə ağır yol qəzası: 7 nəfər ölüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəzanın baş vermə səbəblərini araşdırır

Türkiyənin Konya vilayətində iki avtomobilin iştirakı ilə baş verən ağır yol qəzasında 7 nəfər ölüb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə iyulun 20-si yerli saatla 22.30 radələrində Karatay rayonu, Adana ətraf yolu Borsa körpü qovşağında qeydə alınıb. 

Məlumata görə, 42 ACM 965 dövlət qeydiyyat nişanlı minik avtomobili 42 GF 252 dövlət qeydiyyat nişanlı minik maşını ilə toqquşub.

Qəzada hər iki nəqliyyat vasitəsində sıxışan və ölən vətəndaşlar xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xeyli sayda səhiyyə əməkdaşının cəlb edildiyi hadisə yerində, qəzaya düşən nəqliyyat vasitələrindən sağ çıxan olmayıb.

Nəticədə 7 nəfərin öldüyü müəyyənləşdirilib.

Polis qəzanın baş vermə səbəblərini araşdırır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh