“Ford” “Kamaz”la toqquşdu: 3 nəfər ölüb - VİDEO

Qəzalar 21 İyul 2019 13:36 Oxunub 2471
“Ford” “Kamaz”la toqquşdu: 3 nəfər ölüb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanlarının hadisə yerində olan əməkdaşları araşdırma aparırlar

Rusiyanın Krasnodar əyalətində baş vermiş ağır yol qəzasında 3 nəfər ölüb. Avtosfer.az “OFAN” portalına istinadən məlumat verir ki, insident Temryuk rayonu “Novorossiysk-Kerç boğazı avtomagistralının 82-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, “Ford Transit” markalı yüngül yük avtomobili “Kamaz” markal yük maşını ilə toqquşub. Qəzanın şiddətində “Ford”un ön – sürücü və sərnişin kabinəsi deformasiyay uğrayıb.

Nəticədə “Ford Transit”də olan 3 nəfər aldığı xəsarətlərdən hadisə yerində keçiniblər.

Hüquq-mühafizə orqanlarının hadisə yerində olan əməkdaşları araşdırma aparırlar.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh