Sürücülər avtomobili təcili öz adına keçirsin - Bu cür problemlər yaşanacaq

Yazarlar 22 İyul 2019 15:12 Oxunub 3203
Sürücülər avtomobili təcili öz adına keçirsin - Bu cür problemlər yaşanacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mülkiyyətçinin özünün problemi çıxanda etibarnaməylə avtomobil idarə edən adama da problem yaranır

Son zamanlar geniş yayılmış hadisələrdən biri də sürücülərin etibarnaməylə sürdükləri avtomobillərinin onların əlindən alınmasıdır. Redaksiyamıza müraciət edən şikayətçi bildirir ki, o, aldığı avtomobilini etibarnaməylə idarə edib və avtomobilin birinci sahibinin banka borcu olduğu üçün məhkəmə həmin şəxsin əmlakına həbs qoyaraq avtomobili əlindən alıb.  Hüquqşunas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Moderator.az-a açıqlamasında bildirdi ki, bu cür işlərdə sürücülərin avtomobili birbaşa öz adlarına keçirməsi daha vacib məsələlərdən biridir: “Biz həmişə deyirik ki, etibarnamə mülkiyyət hüququ deyil,  avtomobil üçün müvəqqəti sahiblik etmək hüququ verir. Ona görə də mülkiyyətçinin özünün problemi çıxanda etibarnaməylə avtomobil idarə edən adama problem yaranır. Məsələn, borca görə avtomobilə həbs qoyurlar, əlindən alaraq müsadirə edirlər və ya hərraca çıxarırlar. Burda əsas məsələ odur ki, etibarnaməylə avtomobil idarə edən şəxsin mülkiyyət hüququ yoxdur və ona görə də belə bir problemlə qarşılaşır. Sürücülərə tövsiyəmiz odur ki, çalışıb hüquqi prosedurlardan istifadə etsinlər və avtomobili öz mülkiyyətlərinə keçirsinlər. Belə olarsa, heç bir problem yaşana bilməz. Bununla yanaşı, dövlət orqanları da bu proseduru sadələşdirsələr, onda sürücülər bir çox hallarda etibarnamədən imtina edib avtomobili birbaşa öz adlarına keçirərlər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh