“Prava”sı olmayan sərxoş taksi sürücüsü qəza törətdi: 2 ölü, 1 yaralı  - VİDEO

Avtosfer TV 23 İyul 2019 14:29 Oxunub 1455
“Prava”sı olmayan sərxoş taksi sürücüsü qəza törətdi: 2 ölü, 1 yaralı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun barəsində cinayət işi açılıb

Rusiyanın Sankt-Peterburq şəhərində 2 nəfərin ölümü, bir nəfərində xəsarət alması ilə nəticələnən ağır yol qəzası ilə bağlı cinayət işi açılıb. Avtosfer.az “RenTV”yə istinadən xəbər verir ki, hadisənin kadrları təhlükəsizlik kamerasına düşüb. Qəza iyulun 23-ü səhər saatlarında Obvodnoy kanalı sahilində qeydə alınıb.

Görüntülərdə, “Skoda” markalı avtomobil yüksək sürətlə “Peterbilt” markalı yük maşının qoşqusuna çırpılır.

Məlumata görə, taksi kimi fəaliyyət göstərən “Skoda”daya sərnişin kimi əyləşmiş 2 kişi ölüb, 1 qadın isə yaralanıb.

Bildirilir ki, 23 yaşlı taksi sürücüsü həbs edilib. O sərxoş vəziyyətdə avtomobili idarə edib və sürücülük vəsiqəsinin olmadığı da məlum olub.

Onun barəsində cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh