Yay düşərgəsinə məktəbliləri aparan 2 avtobus yandı: 69 məktəbli xəsarət alıb - FOTO

Qəzalar 24 İyul 2019 08:06 Oxunub 1548
Yay düşərgəsinə məktəbliləri aparan 2 avtobus yandı: 69 məktəbli xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis araşdırmalara başlayıb

Kanadada iki məktəbli avtobusun iştirakı ilə baş verən yol qəzasında 69 nəfər xəsarət alıb.

Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident Kevbek vilayətində qeydə alınıb.

Bu barədə “CBC” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, 7-12 yaş arası 50-dən çox məktəblini yay düşərgəsinə aparan iki avtobus anidən əyləci basan minik avtomobilinə çırpılıb və yanmağa başlayıb.

Bildirilir ki, hadisə nəticəsində ciddi yaralanan olmayıb, lakin 69 nəfər müayinə üçün xəstəxanalara aparılıb.

Polis araşdırmalara başlayıb.

 

Namiq

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh