“Nissan” 10 min işçisini ixtisara salacaq

Avtoxəbər 24 İyul 2019 12:09 Oxunub 1240
“Nissan” 10 min işçisini ixtisara salacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət istehsal xətlərinin azaldılması planlarını da nəzərdən keçirir

Yaponiya avtomobil istehsalçısı “Nissan” dünya üzrə 10 min əməkdaşını işdən azad edəcək. Avtosfer.az xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb. Məlumata görə, buna səbəb şirkətin maliyyə vəziyyətinin pisləşməsidir. İxtisarlar əsasən şirkətin xaricdə yerləşən zavodlarından olacaq. Bu ilin may ayında bildirilmişdi ki, 4800 nəfər ixtisar ediləcək. Lakin bu rəqəm şirkətin maliyyə vəziyyətinin düzəlməsi üçün iki qatına yüksəlib.

Telekanalın qeyd edir ki, şirkət istehsal xətlərinin azaldılması planlarını da nəzərdən keçirir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh