Qəsdən qəza şəraiti yaradan sürücü – 99 CC 028 - VİDEO

Avtosfer TV 25 İyul 2019 11:01 Oxunub 1838
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Manevr qaydaları kobud şəkildə pozaraq həmin sürücünün önünə keçir və qəsdən əyləci sıxır

Bakı şəhəri, Nəsrəddin Tusi küçəsində qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb. Bu barədə Avtosfer.az-a vətəndaşlardan biri video göndərib. Belə ki, öz yolu ilə hərəkət edərkən sürücünün önünə 99 CC 028 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil sağdan çıxmaq istəyir. Sürücü isə artıq gec olduğu üçün ona yol verə bilmir.

Bundan hirslənən digər sürücü manevr qaydaları kobud şəkildə pozaraq həmin sürücünün önünə keçir və qəsdən əyləci sıxır. Bununla da qəza şəraiti yaradır. Öz aləmində “qisas” aldığını düşünən sürücü DYP tərəfindən cəriməsi gələndə nə düşünəcək maraqlıdır.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh