Hirkan–Mamusta–Siyavar yolunda yenidənqurma işləri yekunlaşır

Yeniliklər 25 İyul 2019 11:46 Oxunub 1211
Hirkan–Mamusta–Siyavar yolunda yenidənqurma işləri yekunlaşır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib, çiyin hissələr optimal qum-çınqıl qarışığı ilə bərkidilib

Lənkəran rayonunda 7 kilometrlik Hirkan–Mamusta-Siyavar avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Avtosfer.az-a bildirilib ki, yolda işlər texnoloji ardıcıllığa riayət olunmaqla yüksək sürətlə aparılır və 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Tikinti layihəsinə əsasən, yeni yol yatağı inşa olunub, daha sonra ərazilərin asfaltlanması işləri aparılıb. Yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib, çiyin hissələr optimal qum-çınqıl qarışığı ilə bərkidilib. Bu işlər yolun 40 min kvadratmetr sahəsini əhatə edib. Bundan başqa, mövcud dəmir-beton borular bərpa olunub, zəruri yerlərdə müxtəlif diametrli 210 poqonmetrlik yeni boruların, həmçinin dəmir-beton küvetlərin tikintisi işləri aparılıb. Son mərhələdə yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq. Hirkan-Mamusta-Siyavar avtomobil yolunun yenidən qurulmasında məqsəd 3 yaşayış məntəqəsində yaşayan 10 minədək əhalinin gediş-gəlişini təmin etmək, Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh