Sifarişlə avtomobil qaçırıb satan şəxs həbs olundu - VİDEO

Qaydalar 26 İyul 2019 08:21 Oxunub 1494
Sifarişlə avtomobil qaçırıb satan şəxs həbs olundu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəməyə çıxarılan Əhməd K. həbs edilərək, cəza çəkmə müəssisəsinə göndərilib

İstanbulda evakuatorla avtomobilləri oğurlayaraq satan şəxs həbs edilib. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, şübhəli Əhməd K., iyul ayında Maltəpə, Ataşəhər və Silivridə, əldə etdiyi evakuatorla sifarişçilərin istədiyi modeli qaçıraraq onlara təhvil verib. Əhməd K., gecə saatlarında oğurladığı avtomobilləri İzmirə apararaq satdığı məlum olub.

Asayiş Şöbə Müdürlüyü əməkdaşları Əhməd K., yaxalamaq üçün axtarışlara başlayıb.

Ərazidə yerləşən təhlükəsizlik kameralarını araşdıran polis əməkdaşları Əhməd K., iyulun 20-si Aydın Nazillidə yaxalayıb.

Sorğu-sual edilən Əhməd K.-nın 4 ayrı cinayətdən qeydiyyatı olduğu öyrənilib.

Məhkəməyə çıxarılan Əhməd K. həbs edilərək, cəza çəkmə müəssisəsinə göndərilib.

Onunla iş birliyi edən digər şübhəlilərin axtarışları davam etdirilir.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh