Avtosfer.az | Reklam
Hemilton Almaniya Qran-prisinin təsnifat mərhələsinin qalibi olub
Yarışma 28 Iyul 2019 10:48 358 dəfə oxunub
Hemilton Almaniya Qran-prisinin təsnifat mərhələsinin qalibi olub
Almaniya Qran-prisi iyulun 28-də keçiriləcək

"Mercedes" komandasının pilotu və ümumi hesabda lider olan britaniyalı Lüis Hemilton "Formula 1" maşınları sinifli avtomobil yarışları üzrə dünya çempionatının 11-ci mərhələsi - Almaniya Qran-prisinin təsnifatında ən yaxşı nəticə göstərib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, 34 yaşlı britaniyalı ən yaxşı dairəsini 1 dəqiqə 11,767 saniyəyə keçib və bununla mövsümdə dördüncü poul- mövqeyini (karyerasında 87-ci) qazanıb. "Ferrari"nin alman pilotu Sebastyan Fettel mühərrikin gücünü itirməsi səbəbindən sonuncu - 20-ci yeri tutub. "Red Bull" komandasının hollandiyalı pilotu Maks Ferstappen ikinci (+0,346), Hemiltonun finlandiyalı komanda yoldaşı Valtteri Bottas (+0,362) üçüncü olub.

Almaniya Qran-prisi iyulun 28-də keçiriləcək.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh