Polislər “bomj”un həyatını xilas etdilər - Bakıda

Yol polisi 29 İyul 2019 10:34 Oxunub 1073
Polislər “bomj”un həyatını xilas etdilər - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıblar

Bakıda səfil həyat tərzi sürən şəxs özünə xəsarət yetirib. Hadisə iyulun 27-də paytaxtın Səbail rayonunda qeydə alınıb. Rayon ərazisində xidmət aparan Post Patrul Xidmətinin əməkdaşları heç bir yaşayış yeri olmayan, tüfeyli həyat keçirən E.Kərimovun vəziyyətinin yaxşı olmadığını görüblər.
Məlum olub ki, “bomj” kəsici-deşici alətlə özünə xəsarət yetirib.

Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırılmasını təmin ediblər.

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh