Avtobus dayanacağında maşından düşmək istəyən xanıma ACI SÜRPRİZ - FOTO

Qaydalar 30 İyul 2019 20:47 Oxunub 4377
Avtobus dayanacağında maşından düşmək istəyən xanıma ACI SÜRPRİZ - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xoşbəxtlikdən xəsarət alan olmayıb

Bir müddət əvvəl Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az milli.az-a istinadən bildirir ki, Mehdiabad-Azadlıq prospekti istiqamətində hərəkət edən 108b nömrəli avtobusla "Mercedes" markalı minik avtomobili toqquşub. Qəza minik avtomobilindəki sərnişinin səhlənkarlığı səbəbindən baş verib. Belə ki, avtobus dayanacağına daxil olan avtomobildəki sərnişin arxadan avtomobilin gəlib-gəlmədiyini yoxlamadan maşından enmək istəyib. Nəticədə avtobus minik avtomobilinin qapısını yararsız hala salıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, xüsusi marşrut xətti ilə işarələnmiş ictimai nəqliyyat vasitələri istisna olmaqla, digər avtomobillərin avtobus dayanacağına daxil olması qadağandır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh