Polis piyadaların hərəkətinə yaradılan maneəni aradan qaldırıb - FOTO

Yol polisi 31 İyul 2019 12:12 Oxunub 1075
Polis piyadaların hərəkətinə yaradılan maneəni aradan qaldırıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Gələcəkdə də təkrarlanmaması üçün zəruri tədbirlər diqqətdə saxlanılır”

Sosial şəbəkələrdə Nizami rayonu, metronun“Neftçilər” stansiyasının həndəvərində yaşayan bir qrup sakin müraciət edərək, ərazidə yolun bağlanması ilə bağlı məlumat yayıb.

Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətin rəisi, polis mayoru Elşad Hacıyev “Reportun” sorğusuna cavab olaraqbildirib ki, həmin ərazidə yaşayan sakinlərdən daxil olan foto-yazılı müraciət BŞBPİ-nin İctimai Təhlükəsizlik və NizamiRayon Polis İdarəsinin birgə keçirdiyi tədbirlərlə aradan qaldırılıb: “Piyada yolunun bağlanması, piyadaların hərəkətinə mane yaradılması ilə müşayət olunan hallar tam aradan aradan qaldırılıb, gələcəkdə də təkrarlanmaması üçün zəruri tədbirlər diqqətdə saxlanılır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh