Sərxoş sürücü parkda oynayan uşaqları vurdu: 1 ölü, 1 yaralı - FOTO

Avtosfer Foto 1 Avqust 2019 14:43 Oxunub 2248
Sərxoş sürücü parkda oynayan uşaqları vurdu: 1 ölü, 1 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sakinlərin döyməyə hazırlaşdığı sürücü polis tərəfindən həbs edilərək bölməyə aparılıb

İstanbulda sərxoş sürücü avtomobili ilə parkda oynayan uşaqları vurub. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Sarıyer rayonu, Fateh Sultan Məhməd məhəlləsində qeydə alınıb.

Məlumata görə, Hüseyin Edinçin idarəetməsində olan 34 PV 578 dövlət qeydiyyat nişanlı avtomobil, yoxuş aşağı yolda hərəkətdə olan vaxtı bilinməyən səbəblərdən idarəetmədən çıxaraq parkda oynayan 2.5 yaşlı Elif Nur Öztürkə və 4 yaşlı Murad Ərdoğana çırpılıb. Bundan sonra parkdakı idman alətlərini də vuraraq, parkın alt yol ilə qoruyucu divarının dəmir arakəsmələrini parçalayan nəqliyyat vasitəsi divarda asılı qalıb.

Qəzanı eşidən vətəndaşlar paka gələrək ağır xəsarətlər alan Elif Nur Öztürkü İstinyə Dövlət xəstəxanasına çatdırıblar. Həkimlərin bütün səylərinə baxmayaraq Elif Nurun həyatının xilas etmək mümkün olmayıb. Ayaqlarından yaralanan Murad Ərdoğan isə müalicə olunması üçün təcili tibbi yadım maşını ilə Şişli Hamidiyə Etfal Təhsil və Araşdırma xəstəxanasına yerləşdirilib.

Sərxoş olduğu iddia edilən Hüseyin Edinç öz imkanları ilə avtomobildən çıxıb.

Sakinlərin döyməyə hazırlaşdığı sürücü polis tərəfindən həbs edilərək bölməyə aparılıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh