Azərbaycanda sürücünü yolda maşın vurub öldürdü – Səbəbi DƏHŞƏTLİDİR

Yazarlar 2 Avqust 2019 13:14 Oxunub 6229
Azərbaycanda sürücünü yolda maşın vurub öldürdü – Səbəbi DƏHŞƏTLİDİR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gücüstandan gələn sürücü yanacaq tapmaq üçün yolu keçərkən maşın vurdu

Dünən gecə saat 01.45 radələrində Bakı-Qazax yolunun 125-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, 59 yaşlı Elman Camal oğlu Kazımov yolu keçərkən 36 yaşlı Emin Valiulin Xafiniyeviçin idarə etdiyi 90 ZS 907 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil tərəfindən vurulub. Ağır xəsarət alan Elman Kazımov hadisə yerində keçinib.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Elman Kazımov da sürücüdür və öldüyü yerdən bir qədər kənarda idarə etdiyi “VAZ-2104” markalı,90 LP 150 dövlət nömrə nişanlı avtomobili saxlayaraq yolu keçibmiş. Məlumata görə, avtomobildə onun həyat yoldaşı və oğlu da olub. Elman Kazımov Gürcüstündan qaynatasının yas mərasimindən qayıtsa da, yolboyu yanacağın bitməsinə fikir verməyib. Qaranlıq bir nöqtədə avtomobilin benzini qurtarıb. O da maşını yolun kənarında saxlayaraq yanacaq tapmaq üçün əks istiqamətə keçib. Geri qayıdarkən isə Gürcüstandan gələn Emin Xafiniyeviçin idarə etdiyi avtomobil tərəfindən vurulub. Ailə üzvləri Elman Kazımovun gec qayıtdığnı görərək düşüb əraziyə baxıblar. Bu zaman onun yol kənarında meyitini görüblər. Hadisə yerinə Yol-Patrul Xidməti əməkdaşları gəlib. Mərhumun ailə üzvləri stasionar postda aparılıb, oradan isə Bakıya yola salınıb.
Hazırda qəzanı törədən sürücü də saxlanılıb, araşdırma aparılır.
Avtosfer.az olaraq sürücülərə bəzi tövsiyələri diqqətə çatdırmaq istəyirik. Bu hadisə yola çıxarkən hazırlıqsız olan sürücülərə bir mesaj olmalıdır. Uzaq yola çıxarkən onlarla yanacaqdoldurma məntəqəsinin yanından keçirik. Ona görə də, yanacağın bitməsini gözləmək lazım deyil. Yanacaq qurtarmaq üzrə olduqda hər bir sürücü bunu görə bilir. Görürsə və uzaq yoldadırsa deməli, ən yaxın YDM-də yanacaq doldurmaq lazımdır. Əks halda qaranlıq yerdə, ucsuz-bucaqsız yolda qalmaq, bəzən isə ağır qəzanın qurbanı olmaq qaçılmazdır.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Murad 8 Avqust 2019 23:39
Yaziq surucu indi qalacaq bele.ne qeder ki insanlarin bezilerinde medeniyyet olmayacaq bele hadiseler cox olacaq.yol boyu benzin kalonkalardan cox ne var ki,niye girib ordan yanacaq doldurmuruq amma gozleyirik ki yanacaq qurtarsin sonram elimizde bir plasmas butulka duwek kucelere ki hardan yanacaq tapak.hamimiz yollardayiq yenede muqayat olmaq lazimdir.piyada kecidi olmayan yerlerden kecmeyin,eger kecmelide olsaniz diqqetli olun hem ozunuzu hemde suruculeri bedbext etmeyin