Yol polisi tabesizlik göstərən yaşlı qadın sürücünü güllələyib qandalladı – VİDEO

Yol polisi 4 Avqust 2019 10:03 Oxunub 4613
Yol polisi tabesizlik göstərən yaşlı qadın sürücünü güllələyib qandalladı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qadını sürüyərək maşından yerə düşürdüb və tapançadan atəş açıb

Amerikada yol polisinə tabe olmayan qadın sürücü gözlənilməz vəziyyətlə üzləşib. Avtosfer.az xəbər verir ki, qayda pozuntusuna görən saxlanılan qadın sürücü yol polisinə sənəd verməyib. O, 80 dollar cərimə ödəmək istəmədiyini deyərək polisin qanuni tələbini yerinə yetirməkdən imtina edib və maşını sürərək oradan uzaqlaşıb. Lakin yol polisi onu yenidən saxladıb. Bu dəfə polis əvvəlcədən xəbərdarlıq etdiyi kimi davranıb və qadına qarşı zor tətbiq edib. Polis qadını sürüyərək maşından yerə düşürdüb, sonra isə tapançadan atəş açaraq rezin güllə ilə onu vurub. Daha sonra qoluna qandal vuraraq polis maşınına əyləşdirib.
Qadın sürücüyə həbs cəzası verilib.

P.S. Azərbaycanda isə bəzi sürücülər hazırlıqsız yol polislərini ələ salıb videosnu yayır, sənəd təqdim etməməyi isə qəhrəmanlıq sayanlar var.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh