Polisdən qaçan taksi sürücüsü qəza törətdi: yoldan 20 metrə kənara uçdu - VİDEO

Avtosfer TV 3 Avqust 2019 16:38 Oxunub 1372
Polisdən qaçan taksi sürücüsü qəza törətdi: yoldan 20 metrə kənara uçdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni törədən şəxs saxlanılıb

Rusiyanın Moskva şəhərində taksi xidmətinin sürücüsü polisdən qaçarkən idarə etdiyi avtomobili çevirib.

Avtosfer.az “RenTV”yə istinadən xəbər verir ki, hadisə avqustun 3-ü səhər saatlarında 1-ci Frezernıy küçəsində qeydə alınıb.

Məlumata görə, Moskva şəhər Yol Polis Xidmətinin əməkdaşları «Яндекс.Такси» xidmətinin sürücüsünün sənədlərini yoxlamaq məqsədi ilə ona “Saxla” əmri veriblər. Lakin sərxoş sürücü əmrə tabe olmayaraq yoluna davam edib. Polisdən qaçmağa çalışan sürücü, sərxoş vəziyyətdə idarə etdiyi nəqliyyat vasitəsinin anidən sükan idarəetməsini itirərək səkiyə çırpıb. Qəzanın şiddətindən avtomobil yoldan təxminən 20 metrə kənara uçaraq çevrilib. İnsident zamanı xəsarət alan olmayıb.

Hazırda hadisəni törədən şəxs saxlanılıb.

Polis araşdırmalara başlayıb.

Bildirilir ki, araşdırmalar qurtardıqdan sonra sərxoş sürücü barəsində hüquqi qiymət veriləcək.

 

Namiq Musayev

Materiallardan istifadə edərkən hiperlinklə istinad VACİBDİR!

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh